"Victoria's Secret" gözəlləri podiuma çıxacaq - fotolar

"Victoria
1998 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabah Londonda "Victoria's Secret"in yeni il üçün moda şousu baş tutacaq.

"VS" ABŞ-ın "Limited Brands" şirkətinin bir hissəsidir, əsasən qadınlar üçün nəzərdə tutulmuş geyimlər, kosmetik vasitələr nümayiş etdirir.

Ənənəvi olaraq məhsullarını hər dəfə "Victoria's Secret Fashion Show" ilə təqdim edir. Bu dəfəki moda nümyişində də modellər Yeni il əhval ruhiyyəsinə uyğun geyinib-bəzənəcəklər. İlin ən önəmli moda hadisələrindən sayılan bu təqdimat artıq bir neçə aydır ki, medianın və dəb izləyicilərinin nəzərindədir.

Sabah podiuma ən məşhur modellər - Adriana Lima, Alessandra Ambrosio, Lindsey, Ellinqston, Haydi Klum, Kendis Sveynpol, Tayra Benks, Mariana Linçuk, Jizel Bundhen, Karli Kloss və başqaları çıxacaq.

Axşam.az sizə "Victoria's Secret Fashion Show"un indiyə qədər olan ən maraqlı anlarını təqdim edir.