Madonnadan qeyri-adi fotolar

Madonnadan qeyri-adi fotolar
1732 dəfə oxunub
  • A-
  • A
  • A+

Əslən türk olan məşhur fotoqraf Mərt Alaş yaxın dostu olan pop-diva Madonnanın fotosessiyasını edib.

Axşam.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Madonna "Interview Magazine" incəsənət jurnalının bu dəfəki "qəhrəmanı" olub. Fotoqraflar Mərt Alaş və Markus Piqottanın obyektivinin qarşısına çıxan müğənni qeyri-adi, açıq-saçıq şəkillər çəkdirib.

Diva eyni zamanda dünyaca məşhur illuziyaçı Devid Bleynə də müsahibə verib.

Madonna "Givenchy" və "Agent Provocateur"un yeni kolleksiyalarından da fotolarda istifadə edib.

Fotolardan biri-neçəsi 56 yaşlı ulduz üçün çox açıq-saçıq göründüyü üçün bəzi tənqidlərə tuş gəlib.

Qeyd edək ki, dünən Madonnanın 2015-ci ildə çıxacaq növbəti albomu üçün nəzərdə tutulmuş iki mahnı internetə "sızdırılıb". Müğənni və komandası fanatlardan həmin mahnının silinməsinə kömək etməyə və günahkarı tapmağa səsləyib.

Ancaq "Rebel Heart" və "Wash All Over Me" mahnıları internetdə son günlərin ən çox dinlənilənlər arasına düşüb.