Tanınmış aktrisanın doğuşdan sonra ilk fotosessiyası

Tanınmış aktrisanın doğuşdan sonra ilk fotosessiyası
2719 dəfə oxunub
  • A-
  • A
  • A+
6 həftə əvvəl qızı Esmiraldanı dünyaya gətirən Hollivud ulduzu Eva Mendes doğuşundan sonra ilk dəfə fotosessiya etdirib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 40 yaşlı aktrisa hamiləliyini uzun müddət hamıdan gizlətməsinin səbəbini açıqlayıb:

“Biz Rayanla (Rayan Qoslinq – həyat yoldaşı, red.) lap əvvəldən bu qərara gəlmişdik ki, bunu heç kimə deməyək. Çünki hamiləlik, mənim fikrimcə, intim bir vəziyyətdir. Ana olacağımı kiminləsə bölüşmək istəmədim”.

Qeyd edək ki, Eva Mendes hamiləliyini yalnız 7-ci ayında təsdiqləmiş, həmin vaxta qədər isə mediada bir dənə də olsun, şəkilləri yayılmamışdı. 33 yaşlı Rayan Qoslinqlə Eva 2011-ci ildə “Place Beyond The Pines” (“Şam ağaclarının arxasındakı yer”) filminin çəkiliş meydançasında tanış olaraq evləniblər.