Ülviyyə Rəhmanovanın restoranında kişilərə qadağa - fotolar

Ülviyyə Rəhmanovanın restoranında kişilərə qadağa -   fotolar
5375 dəfə oxunub
  • A-
  • A
  • A+

Ülviyyə Rəhmanova biznesini genişləndirir.

Professor, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın qızı Ülviyyə Rəhmanova Bakıda 2 yeni restoran açır.

Axşam.az “qafqazinfo”ya istinadən xəbər verir ki, onlardan biri Azərbaycan Dövlət Filarmoniyasının ərazisində, digəri isə şəhərin yeni açılacaq ticarət və əyləncə mərkəzlərindən birində yerləşir. Hər iki restoran 2015-ci ildən etibarən fəaliyyətə başlayacaq.

Maraqlıdır ki, restoranlardan biri – “Nargis” adlanan məkan yalnız qadınlara xidmət göstərəcək. Axşam saatlarında isə burada canlı musiqi dinləmək mümkün olacaq.

Filarmoniyada yerləşən “Ulala” adlı restoranın dizaynı isə Ülviyyə Rəhmanovanın özünə məxsusdur.