Türkiyəli rejissorun ermənilər haqda filmi bəyənilmədi - fotolar

Türkiyəli rejissorun ermənilər haqda filmi bəyənilmədi  - fotolar
1399 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli rejissor Fatih Akının 1915-ci ildə “Erməni məsələsi”ni lentə aldığı yeni filmi “Kəsik” Kanyonda media nümayəndələrinə təqdim olunub.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, 1915-ci ildə evindən uzaqlaşdırılan mardinli erməni, dəmirçi Nəzarətin həyat hekayəsindən bəhs edən ekran işi kino tənqidçiləri tərəfindən bəyənilməyib. Onlar filmdə həmin dövrün hadisələrinə birtərəfli yanaşıldığını deyirlər:

Atilla Dorsay: “Mənim gözlədiyim erməni “soyqırımı” ilə bağlı film deyildi. Mən bu məsələlərdə pərdə arxasında qalan hadisələrə işıq tutulmasını istərdim. Bunlar da bu filmdə yoxdur. Burada ermənilərə pis davranan türklər göstərilib. Amma şiddət hər dövrdə və hər cəmiyyətdə ola bilər. Bu qədər böyütməyə ehtiyac yox idi. Xoşuma gəlmədi”.

Sərdar Akbıyık: “Erməni diasporu da bu filmi bu qədər birtərəfli çəkməzdi. Ekran işinin Türkiyədə və Orta Şərqdə çəkilən hissələri mənə çox pis təsir etdi. Aktyorların oyunları da klişe idi. İnsana güclü təsir edən bir hekayə deyil. Bu film insanların xətrinə dəyə bilər”.

Alper Turqut: “Tarixçilərin belə həll edə bilmədiyi məsələni bir rejissorun yoluna qoyması mümkün deyil. Filmdə təktərəfli şiddət var. Əgər yalnız bir tərəfi günahlandırsan, qarşı tərəf də məsələnin həllinə meyl etməz. Filmdə Osmanlı dövründə ingiliscə sərbəst danışan ermənilər var, türklər isə kobud, qəddar nitqlə göstəriliblər. Bu, tərəfkeşlikdir”.