Əlillər gününə həsr olunmuş konsert keçirildi - fotolar

Əlillər gününə həsr olunmuş konsert keçirildi - fotolar
1206 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 1-də Heydər Əliyev Sarayında 3 dekabr “Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş konsert baş tutub.

Axşam.az-ın məlumatına görə, Heydər Əliyev Sarayı və “Pənah” Əlillərin Müdafiəsi Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan konsertin keçirilməsində məqsəd fiziki qüsurlu istedadları səhnəyə çıxarmaq olub.

Konsertdə əməkdar artistlər - Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Könül Xasıyeva, müğənnilər Seyran Mirqəniyev, Bəturə Hüseynova, Murad Sadıq və aşıq Telli Borçalı eyni səhnəni bölüşüblər. İfaçıları “Nur” instrumental ansamblı və fiziki qüsurlulardan ibarət “Duyğu” ansamblı müşayiət edib.

Qeyd edək ki, 1992-ci il oktyabrın 14-də BMT Baş məclisi dekabrın 3-nün əlil insanların “Beynəlxalq günü” kimi qeyd olunması haqqında bəyannamə qəbul edib. “Beynəlxalq Əlillər Günü”nün məqsədi əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.

Foto: Rəşad ABBASOV