"İngilis Moda Mükafatları" sahiblərinə çatdı - fotolar

"İngilis Moda Mükafatları" sahiblərinə çatdı - fotolar
1290 dəfə oxunub
  • A-
  • A
  • A+
“British Fashion Awards” (“İngilis Moda Mükafatları”) dünən Londonda təşkil edilən mərasimlə öz sahiblərini tapıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, gecədə mükafat qazanan dizaynerlərlə yanaşı, moda və şou dünyasının bir çox məşhur siması da iştirak edib.

Kara Delevin mərasimdə "Ən Yaxşı Model" mükafatına layiq görülüb. Bir çox tədbirdə bir-birindən cəsur və iddialı paltarlarla qırmızı xalıda görməyə vərdiş etdiyimiz Kara mükafatlandırma gecəsi üçün dərin yarıqlı libas seçib. Dəlisov hərəkətləri ilə dünya mətbuatında yer alan K.Delevin mükafatı ilə də adına yaraşan pozlar verib.

Mərasimin digər bir maraqlı qonağı dizayner Viktoriya Bekhem olub. O, tədbir üçün kürək dekolteli paltar seçib. Viktoriya gecə boyunca həyat yoldaşı, futbolçu Devid Bekhemin çiynini qucaqlayaraq obyektiv qarşısında pozlar verib.

Gecənin ən cəsarətli siması isə, həmişəki kimi, Rihanna olub.

Nominasiyalar üzrə mükafatlar belədir:

“Ən Yaxşı Qadın Geyim Dizayneri” - Türk-ingilis moda dizayneri Ərdəm Moralıoğlu

“Ən Yaxşı Marka” – “Viktoriya Bekhem”

“Ən Yaxşı Qırmızı Xalı Dizayneri” - Aleksandr MakQvin

“Ən Yaxşı Beynəlxalq Dizayner” - Nikolya Qeskir (“Louis Vuitton”)

“Ən Yaxşı Model” - Kara Delevin

“Ən Yaxşı Kişi Geyim Dizayneri” - Cyu Anderson

“Ən yaradıcı Kompaniya” – “Louis Vuitton”