Britni Spirs üçün əlamətdar gün - fotolar

Britni Spirs üçün əlamətdar gün - fotolar
1585 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün məşhur ABŞ müğənnisi Brtini Spirsin 33 yaşı tamam olur.

Axşam.az-ın məlumatına görə, 1981-ci ilin bu günündə dünyaya gələn Britni 2005-ci ildə “Toxic” mahnısına görə “Qremmi” mükafatını qazanıb. Amerika musiqi tarixində albomları ən yaxşı satılan səkkizinci qadın müğənnidir. “Baby one more time” adlı ilk albomu Britnini bütün dünyaya tanıtdı. Həmin albomun eyniadlı sinqlı “Billboard Hot 100” çartında lider oldu.

B.Spirsin ikinci “Oops!...I Did It Again” adlı albomu 2000-ci ilin yazında çıxdı və onun pop-ulduz statusunu daha da möhkəmləndirdi.Onun üçüncü albomu “Britney” 2001-ci ilin payızında buraxılıb və növbəti albomu “İn The Zone” 2003-cü ilin payızında işıq üzü görüb.

Karyerasında fasilədən sonra 2007-ci ilin oktyabrında “Blackout” albomunu çıxarıb. Həmin albomun ilk sinqlı olan "Gimme More" hitə çevrildi."Piece of me" mahnısına görə isə, üç mükafat qazanıb: “Ən yaxşı pop mahnı”,”Ən yaxşı qadın videosu” və “2007-ci ilin ən yaxşı videosu”.

Qeyd edək ki, britni Spirsin Kevin Federlayndan Şon Preston və Ceyden Ceyms adlı iki oğlu var. Hazırda o, məşhur tennisçi Mariya Şarapovanın keçmiş sevgilisi, yazıçı-prodüser Çarli Ebersolla birlikdədir.