“Dəb Siz”də bu dəfə baş verənlər – fotolar

“Dəb Siz”də bu dəfə baş verənlər – fotolar
3104 dəfə oxunub
  • A-
  • A
  • A+

“Dəb ikonası” kimi tanınan Ruhi Əliyevanın təqdimatı ilə yayımlanan “Dəb Siz” verilişinin növbəti efiri də maraqlı anlarla yadda qalıb.

Axşam.az-ın məlumatına görə, bu dəfə proqramın qəhrəmanı gənc müğənni Səidə Vəliyeva olub. Peşəsi ilə əlaqədar klassik libaslara üstünlük verən Səidənin qarderobunda idman üslublu, sadə, rahat  geyimlər olmayıb. Lakin “Dəb Siz” verilişin sonunda bu xanımı əsl dəb nümunəsinə çevirib.

Proqramın formatına uyğun olaraq S.Vəliyevanı ittiham edən modelyer Afaq İsmayılzadə, onun vəkili jurnalist Şahin Cavadsoy, hakim isə Ruhi Əliyeva olub.

“Dəb Siz”də ekspert rolunda ifaçı Lamiyə Novruzova, Yaşar Yusub, Kərim, teleaparıcı Cavid Gül və jurnalist Felisk Fişneveskiy iştirak ediblər.

Qeyd edək ki, “Dəb Siz” hər həftənin bazar ertəsi saat 12:00-da ATV kanalında yayımlanır.

Foto: Rəşad ABBASOV