Mətanət İsgəndərli təqdimat etdi - fotolar

Mətanət İsgəndərli təqdimat etdi -  fotolar
1728 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Mətanət İsgəndərli "Danışmayacam" adlı mahnısına çəkdirdiyi klipinə təqdimetmə mərasimi keçirib.

Axşam.az-ın məlumatına görə, mərasimin aparıcısı Kamran Quliyev ekran işi ilə bağlı danışıb. O, musiqisi Ruslan Səfəroğluna, sözləri Tağı Sadiqə məxsus olan bəstənin ekranlaşdırılmasının rejissor Ceyhun Kərimova həvalə edildiyini bildirib.

M.İsgəndərli klipi bəyəndiyini vurğulayıb:

"Klipi çox bəyəndim. Əvvəlcə başqa ssenari nəzərdə tutmuşduq. Ekran işi faciəvi formada sonlanacaqdı. Sonra fikrimi dəyişdim. İnsanları dəhşətə salmaq istəmədim. Maraqlı, baxılacaq bir klipdir”.

Foto: Rəşad ABBASOV