Türklər Adriana Limanın profilini "işğal etdilər" - "Səndən bizə gəlin olmaz"

Türklər Adriana Limanın profilini "işğal etdilər" - "Səndən bizə gəlin olmaz"
4121 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur model Adriana Limanın türkiyəli biznesmen, media-holdinq rəhbəri Acun İlıcalı ilə birlikdə olması haqqında gəzən söz-söhbətlər bitmir.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, hər iki tərəfdən bu barədə heç bir açıqlama gəlməsə də, türkiyəli istifadəçilər modelin İnstaqram profilinə "Adriana gəlinimiz... " ilə başlayan çoxlu şərh yazıblar.

İnstaqramda 3.5 milyon təqibçisi olan Adriananın profilini türklər "işğal ediblər" desək yanılmarıq. Onlar modelin Türkiyəyə gəlin köçəcəyinə o qədər inandırıcı yanaşıblar ki, zarafatla olsa da, bütün fotoların altına türkcə şərhlər yazaraq məsləhətlər veriblər. "İçkini, qumarı tərgitməlisən, 7 növ Türk yeməyi bişirməsən səndən bizə gəlin olmaz", "El var, adət var, ayağının açıq hissəsini ört, Acun belə şeyləri sevməz" kimi şərhlərdə bütün fotolarda rast gəlmək olar.

Qeyd edək ki, şayiələrə görə, A.Limaya heyranlığını heç vaxt gizlətməyən və onu tez-tez Türkiyəyə dəvət edən Acun top modelə aşiq olub. Hətta Acun bu sevgisi üçün rəsmi nikahda olduğu həyat yoldaşı Zeynəb İlıcalıdan boşanmağa qərar verib. Adriana Lima da ötən ay həyat yoldaşı, tanınmış basketbolçu Marko Carikdən ayrılıb.