Emin Bakıda sevənləri ilə görüşdü - fotolar

Emin Bakıda sevənləri ilə görüşdü - fotolar
3189 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni-bəstəkar Eminin bu gün imza günü keçirilib.
 
Axşam.az-ın məlumatına görə, yerli alış-veriş mərkəzlərindın birində baş tutan görüşdə ifaçının sevənləri toplaşıb. Emin pərəstişkarları ilə fotolar çəkdirib, onlara avtoqraf verib.
 
Müğənni eyni zamanda bir neçə pərəstişkarına yeni təqdim olunan "Naçistatu" ("Sözün düzü") albomunu hədiyyə edib. Sonda ifaçı onunla görüşə gələnlərə təşəkkürünü bildirib.

Qeyd edək ki, Emin dekabrın 4-də Bakıda "Crystal Hall"da yubiley konserti verəcək. Gecənin qonaqları arasında Stas Mixaylov, Qriqoriy Leps, Svetlana Loboda, İrina Dubsova, "A Studio" qrupu olacaq.