“Victoria 's Secret”in mələklərindən maraqlı şou - fotolar+video

“Victoria
1814 dəfə oxunub
  • A-
  • A
  • A+
Bütün dünyanın maraqla gözlədiyi “Victoria 's Secret” dəfiləsi dünən İngiltərənin paytaxtı Londonda reallaşıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Jizel Bundhen, Kendis Sveynpol, Adriana Lima, Alessandra Ambrosio kimi dünyanın ən gözəl top modellərinin podiuma çıxdığı gecədə həm modellər, həm də onların iddialı alt geyimləri hər kəsin marağına səbəb olub.

Müğənnilər Teylor Svift, Ariana Qrandi, Ed Şireranın çıxışları ilə rənglənən nümayişdə yer alan 47 “Victoria 's Secret” mələyi türk dizayneri Sərkan Cura imzalı qanadları da taxıb.

Gecənin ən diqqətçəkən məqamlarından biri isə Adriana Lima ilə Alessandra Ambrosionun təqdim etdiyi 2 milyon dollar dəyərindəki almazlarla örtülü tünd qırmızı və mavi rəngli alt geyimləri olub.