“Heç kim geyimimə qarışa bilməz”

“Heç kim geyimimə qarışa bilməz”
6312 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Nərgiz Məmmədova qadağalara qarşı çıxır.

Axşam.az-ın məlumatına görə, o, bu haqda əməkdaşımızla söhbətində deyib. N.Məmmədova ona qadağa qoyulan hər bir hərəkətin əksini etdiyini bildirib:

“Mənim üçün qadağalar onları pozmaq üçün mövcuddur. Çox pis xasiyyətim var: kim nəyi qadağan edirsə, onu mütləq gerçəkləşdirməliyəm. Əgər qadağa qoyulmasa, heç nə etmərəm. Qadağan edilən hər şey məni çəkir. Etmə deyilənin əksinə gedirəm. Bir də kiminsə geyimimlə bağlı nəsə deməsi mümkün deyil. Heç kim mənim geyimimə qarışa bilməz. İstədiyim kimi geyinirəm. Bunu ətrafımdakılar da bilir. Ona görə də, çalışırlar nəyisə “etmə” deməsinlər”.