İlhamə Quliyevanın yeni duet ortağı – fotolar

İlhamə Quliyevanın yeni duet ortağı – fotolar
3177 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti İlhamə Quliyevanın yeni duet ortağı var.

Axşam.az-ın məlumatına görə, müğənni Nuri Sərinləndirici ilə "Sevgi nağılı" adlı mahnını duet şəklində oxuyacaq.

İfaçılar bu dueti kliplə birlikdə təqdim etməyi planlaşdırırlar. Ekran işinin çəkilişləri Moskvada aparılır.

Bununla bağlı aparıcı və rejissor Lamiyyə Ələkbərqızı məlumat verib:

"İlhamə xanımla Nurinin duet oxuması ideyasının təşəbbüskarı mən oldum. Söz və musiqisi Faiq Erola məxsus olan "Sevgi nağılı" mahnısını seçməyənə qədər bir neçə bəstəkar öz əsərlərini bizə təqdim etmişdi. Layihəmizin bir başqa özəlliyi də odur ki, duet nə internetdə yerləşdirilib, nə də radio dalğalarında səslənir. Yekdilliklə qərar verdik ki, "Sevgi nağılı"na klipi ilə birgə tanıtım edək. Moskvada böyük bir yaradıcı heyət ekran işinin çəkilişlərini mükəmməl şəkildə gerçəkləşdirdilər. Ostankinoda çalışan peşəkar komandanın əziyyətini məxsusi vurğulayıb onlara təşəkkür edirik. İlhamə xanımla Nuri aktyorluq bacarıqlarını maksimum sərgilədilər. Onlar tərəf müqabili kimi çox mükəmməl görünürlər”.

Qeyd edək ki, "Sevgi nağılı"nın təqdimatı Yeni il ərəfəsində, Bakıda baş tutacaq. Həmin tədbirə media nümayəndələri ilə yanaşı, sənət aləminin tanınmış simaları da dəvət olunacaqlar.