Zülfiyyə: “Elə bil, böyük günah işləmişik” – fotolar

Zülfiyyə: “Elə bil, böyük günah işləmişik” – fotolar
2140 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Zülfiyyə Xanbabayeva 106.3 FM-də yayımlanan “Xalq parad” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni şou-biznesin hazırkı vəziyyətindən şikayətlənib:

“Bu gün musiqimiz acınacaqlı haldadır. Bəlkə də, bunun günahkarı biz özümüz – həmkarlarımdır. Hazırda İnstaqramda yoxam, adıma açılmış profillər var. Sosial şəbəkədə olmaq istəmirəm, çünki insanlarımız aqressivləşib. Hamı pessimist olub. Elə bil, böyük günah işləmişik, müğənnilərə elə şərhlər yazırlar ki... Buna görə də, hələ ki, İnstaqramdan uzağam”.

Z.Xanbabayeva müğənni-bəstəkar Eminlə duetindən də söz açıb:

“Emin ilk dəfə Azərbaycan dilində oxudu. Birlikdə Müslüm Maqomayevin “Azərbaycan” mahnısını səsləndirdik. “Emin və dostları” adlı konsertdə təqdim edəcəyik”.

Foto: Rəşad ABBASOV