Ülviyyə Rəhmanovanın restoranlarıyla bağlı açıqlama

Ülviyyə Rəhmanovanın restoranlarıyla bağlı açıqlama
4273 dəfə oxunub
  • A-
  • A
  • A+
“Nargis” jurnalının baş redaktoru Ülviyyə Rəhmanova restoranlar açmasıyla bağlı xəbərə münasbət bildirib.

Axşam.az-a daxil olan məlumatda qeyd edilir ki, tezliklə “Harvey Nichols” ticarət və əyləncə mərkəzində “Nargis” jurnalına bilavasitə aidiyyatı olan “Nargis” kafesi açılacaq:
 
"Kafe təkcə qadınlara yox, həm də kişilərə xidmət göstərəcək. Buranın qapıları ev heyvanları ilə gələn müştərilərin də üzünə açıq olacaq. Gələcək planlarda isə dünyanın bir çox ölkəsində fəaliyyət göstərən “Harvey Nichols” mərkəzlərində “Nargis” kafesinin açılması var. Bu, Moskvadakı “Vogue Cafe”, Parisdəki “Avenue Cafe”, Milandakı “Armani Cafe”nin analoqu olacaq. “Nargis” kafesinin əsas ideyası Bakıda müasir tendensiyalarla qədim ənənəni (80-ci illərdə Fəvvarələr Meydanında fəaliyyət göstərən eyniadlı kafeni xatırlamaq kifayətdir) bərpa etmək və şəhərin ən populyar məkanlarından birinə çevirməkdir. Kafenin əsas özəlliyi qonaqlara yalnız sağlam qidaların, eləcə də təzə sıxılmış şirələrin təqdim olunmasıdır.

Digər restoran isə 2 həftə sonra Dövlət Filarmoniyasında açılacaq. Lakin mətbuatda bildirildiyi kimi, restoranın adı “Ulala” olmayacaq. Burada italyan ev mətbəxinin ləziz təamları veriləcək".

Hər iki məkan (Harvey Nichols ticarət və əyləncə mərkəzindəki “Nargis” kafesi və Dövlət Filarmoniyası ərazisindəki restoran) Ülviyyə Rəhmanova tərəfindən icarəyə götürülüb.

Qeyd edək ki, Ü.Rəhmanovanın restoranlar açmasıyla bağlı məlumatı "Qafqazinfo" saytı yaymışdı.