Ancelina Coli qəzadan sonra ilk dəfə - fotolar

Ancelina Coli qəzadan sonra ilk dəfə - fotolar
1186 dəfə oxunub
  • A-
  • A
  • A+
Dekabrın 1-də Ancelina Colinin Los-Ancelesdə avtomobil qəzasına düşməsindən sonra hadisənin şahidləri ona heç nə olmadığını desələr də, aktrisanın pərəstişkarları ulduzun səhhəti ilə bağlı narahat idilər.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu günədək qəzanın əslində necə nəticələndiyi haqda qəti məlumat verilmirdi.

Amma A.Colinin Nyu-Yorkda baş tutan “Sınmaz” (“Unbroken”) filminin premyerasında fanatları ilə yaxın münasibət qurması və avtoqraf paylaması onun səhhətinə hər hansı bir ziyan dəyməsi ilə bağlı bütün şübhələri dağıdıb.