Natavan Həbibi: “Paltarlarımı bacım alır”

Natavan Həbibi: “Paltarlarımı bacım alır”
3593 dəfə oxunub
  • A-
  • A
  • A+

“Space” telekanalında yayımlanan “Hələ bu harasıdır” verilişinin bugünkü efirində mağazalardakı süni endirimlər müzakirə olunub.

Axşam.az-ın məlumatına görə, Təranə Səmədovanın aparıcılıq etdiyi verilişdə qonaqlar sırasında aparıcı, piar-menecer Günay Malikqızı və müğənni Natavan Həbibi yer alıb.

Alış-verişi çox sevdiyini deyən sənətçi Bakıda heç vaxt bazarlıq etmədiyini bildirib:

“Dünyanın harasına gedirəmsə, endirimlərlə rastlaşıram. Amma bizdə elə də nəzərəçarpacaq endirimlər olmur. Neçə ildir Bakıda alış-verişə getmirəm. Mənim üçün hər şeyi anam, bacım Sara və köməkçim alıb gətirir. Ən çox da paltarlarımı bacım alır. Özüm nəsə alanda danlanıram ki, bu nədir? Bunu bu formada geyinəcəksən? Endirimlərə önəm vermirəm. Çünki bizdə elə qiymət qoyurlar ki, endirim edəndə də baha olur”.

Qeyd edək ki, “Baku art lab”ın təşkilatçılığı ilə yayımlanan “Hələ bu harasıdır” verilişinə həftə içi beş gün saat 10:30-dan 12:00-a kimi baxa bilərsiniz. Layihənin rəhbəri Vüqar Təhməzov, art direktoru Vüsal Qarayev, redaktoru İlhamə Novruzova, müxbiri Azad Mirzə, diceyi Qurik, prodüseri Elvin Aydın, operatorları Şahin Ağayev, Famil Haqverdiyev, interaktiv proyeksiya rəhbəri Surxay Xətaidir.