Cem Yılmazın da çəkildiyi film təqdim olundu - fotolar

Cem Yılmazın da çəkildiyi film təqdim olundu - fotolar
1137 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Avstralıyanın Melburn şəhərində türkiyəli aktyor Cem Yılmazın da çəkildiyi "Su ilahəsi" ("The Water Diviner") filminin təqdimatı baş tutub.

Axşam.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, filmin rejissoru və baş rol qəhrəmanı aktyor Rassel Krou filmdə baş rolu paylaşdığı rus aktrisa Olqa Kurilenko ilə qırmızı xalça üzərində fotoqraflar qarşısına çıxıblar. Filmin Türkiyədəki təqdimatı ilin sonuna nəzərdə tutulub.

"Oskar" mükafatlı aktyor və rejissor Rassel Krounun Türkiyədə çəkdiyi "Su ilahəsi" 1919-cu ildə Çanaqqala döyüşündə itirdiyi 2 oğlunu axtaran atadan bəhs edir.