“Lamborghini”ləri ilə yolu bağladılar - fotolar

“Lamborghini”ləri ilə yolu bağladılar  - fotolar
2109 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün Nişantaşı küçələri “Fənərbaxça”lı futbolçu Canər Ərkinlə “Qalatasaray”lı oyunçu Sabri Sarıoğlunun xanımları Asena və Yağmur tərəfindən bağlanıb.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, ticarət mərkəzinə eyni vaxtda yollanan Asena və Yağmur “Lamborghini”ləri ilə yolun əks istiqamətinə girdikləri üçün küçədə maşınların hərəkəti çətinləşib. Xanımlar bundan çıxış yolunu isə avtomobillərini park etmək üçün onları alış-veriş mərkəzinin nəzarətçilərinə verməkdə görüblər.

Qeyd edək ki, Asena Ərkinin avtomobili yaşıl, Yağmur Sarıoğlununku isə narıncı rəngdədir.