“Hobbim sekslə məşğul olmaqdır”

“Hobbim sekslə məşğul olmaqdır”
8728 dəfə oxunub
  • A-
  • A
  • A+

Meksikalı məşhur müğənni və aktrisa Taliya yeni albomu “Amore Mio”nun təqdimatı üçün verdiyi müsahibəsində şəxsi həyatından danışıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, əsl adı Ariadna Taliya Sadi Miranda olan gözəl müğənni hobbisinin seks olduğunu söyləyib:
 
“Həyat yoldaşımla yataqda bir-birimizi tamamlayırıq”.

Latın Amerikasının ən çox albomu satılan qadın müğənniləri arasında yer alan Taliya, “Marimar” serialıyla şöhrət qazanıb. Əvvəlki albomlarında olduğu kimi bu albomda da bir çox mahnının söz və musiqisinin özünə aid olduğunu söyləyən ulduz gitara, bas gitara, bateri, piano, skripka və saksafon kimi bir çox alətlərdə ifa edə bilir.