Dekabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) təşkilatçılığı ilə 2014-cü ilin “Ən fəal mədəni-maarif müəssisəsi və mədəni-maarif işçisi” müsabiqəsinin qalibləri mükafatlandırılacaq.
Axşam.az-ın məlumatına görə, BŞMTİ-nin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, müsabiqənin keçirilməsi ənənəvi xarakter daşıyır və müsabiqədə qaliblər 20-dən çox nominasiya üzrə müəyyənləşdirilib.
Müsabiqə qaliblərinə fəxri fərman, diplom və xatirə hədiyyələri təqdim olunacaq.