İlhamə Quliyevanın “Sevgi nağılı” - video

İlhamə Quliyevanın “Sevgi nağılı” - video
2499 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti İlhamə Quliyeva və müğənni Nuri Sərinləndirici bu gün media nümayəndələri ilə görüşüblər.

Axşam.az-ın məlumatına görə, Rusiyada lentə alınan “Sevgi nağılı” adlı klipi təqdim edən ifaçılar sualları cavablandırıblar. Ekran işindən danışan İ.Quliyeva onu mini film adlandırıb:

“Bütün jurnalistlər mənim dostumdur. Təqdimat çox gözəl gündə baş tutur – ölkə başçısı İlham Əliyevin ad günündə. Lamiyəyə (aparıcı Lamiyə Ələkbərova – red.) mən müraciət etdim ki, Nuri ilə duet oxuyum. İstedadlı insanlarla iş qurmaq lazımdır. Nuri də mənim seçimim idi. O, işində çox nizam-intizamlıdır. Nuridə alman dəqiqliyi var. Çəkiliş prosesindəki bütün işləri öz üzərinə götürdü. Bu “Yaşın nə fərqi var” klipinin davamıdır. Bunun da davamı olacaq. Üçüncü hissədə oxuyacağım mahnını isə Novruz Aslan yazacaq”.

N.Sərinləndirici isə “İlhamə xanımla duet oxumaq mənim üçün şərəf idi. Bunun ardı da olacaq”, - deyə bildirib.

Qeyd edək ki, mahnının sözləri və musiqisi Faiq Erola məxsusdur.

Foto: Rəşad ABBASOV