Xoşqədəmlə Doğuşun toyundan yeni fotolar

Xoşqədəmlə Doğuşun toyundan yeni fotolar
33682 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, bu gün aparıcı Xoşqədəm Hidayətqızının və türk müğəni Doğuşun toyudur.

Səbəbkarların yaxın dostlarının iştirak etdiyi toy Bakıdakı otellərdən birində baş tutub. Gəlin və bəy salona daxil olan zaman medianın suallarını da cavablandırıblar. X.Hidayətqızı qeyd edib ki, bu gün onun həyatının ən xoş günüdür:

"Hamı elə bilirdi ki, bu serialdır. Lakin sübut etdim ki, bu nə serialdır, nə də kinodur. İştirak edənlərin hamısı yaxınlarımdır. Bu günü parti kimi də qələmə verə bilərəm".

Toyun təşkilatçısı şoumen Murad Dadaşovdur. Xoşqədəm Hidayətqızı bildirib ki, Murad təkcə onun yox, Doğuşun da tanışı imiş.

Qeyd edək ki, cütlüyün rəsmi nikahı oktyabrda Türkiyədə olub.

Axşam.az hazırda davam edən toydan ilk fotoları təqdim edir.

Gecə saatlarına qədər davam edən mərasimə aparıcını oğlu Zaur da qatılıb. X.Hidayətqızı övladının xaricdə olduğunu və buna görə gec çatdığını bildirib.

Sərvər MEHTİYEV

Foto: Rəşad ABBASOV