Üzündə və bədəninin müxtəlif yerlərində "egzama" (dəri xəstəliyi) olan gənc qız ona gülənlərin acığına gözəllik kraliçası olub.
Axşam.az-ın Türkiyə mediasına istinadən xəbər verir ki, bədənindəki qızartılara görə həyatı boyu lağ obyekti olan 23 yaşlı Şelley-Mari Sumner anadangəlmə xəstəliyi səbəbindən məktəbdə hər zaman təhqir edilib.
İnsanlar onun bu xəstəliyinin yoluxucu olduğunu düşünərək ondan qorxub qaçıblar. Hətta uşaqların belə yaxın düşmədiyi qız vaxt keçdikcə xəstəliyə qalib gəlib.
Keçən il sevgilisinin dəstəyi ilə İngiltərədə gözəlik yarışmasına qatılmağa qərar verdikdən sonra Şelleyin bütün həyatı dəyişib. Müsabiqəni birinciliklə bitirən qız "Black Country" gözəli seçilib.