Məşhur ulduz cütlüyü Beyons və Cey Zi əsl qış istirahəti yaşamaq üçün İslandiyaya gediblər.
Axşam.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Beyons istirahətdən fotoları öz rəsmi saytında yayımlayıb.
Lakin maraqlıdır ki, tanınmış cütlük Milad bayramı istirahətinə ailənin digər üzvünu, qızları Blu Ayvini aparmayıblar.
Romantik istirahətdə Beyons və Cey Zi adanın termal bulaqlarında, dağlarında əyləniblər.
Xatırladaq ki, onlar dekabrın 4-də Cey Zinin doğum gününü də burda qeyd etmişdilər.