Bakıya gətirilən yeni avtobuslarda itlər üçün yer - fotolar

Bakıya gətirilən yeni avtobuslarda itlər üçün yer -  fotolar
1860 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda yeni istifadəyə buraxılmış avtobuslarda itlər üçün də yer var.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycanda ilk dəfə olan bu qayğıkeşlik məşhur aktyor İlqar Cahangiri təəcübləndirib. Məsələdən xəbərsiz olan aktyor səhvən avtobusda itlər üçün nəzərdə tutulmuş yerdə oturub. İ. Cahangir bu haqda yazıb:

“65-i gözləyirdim ki, təzə avtobus gəldi. Dedim, siftə edim. Qalxıb oturdum. Gördüm, üzbəüz oturanlar, solda duranlar mənə baxır. Aktyoram da, hamı tanıyır. Sevinərək sağıma baxdım. Gördüm ki, itin yerində oturmuşam. Sən demə ona görə baxırmışlar”.