"Eşq qapısı mənim üçün heç vaxt bağlanmaz" - fotolar

"Eşq qapısı mənim üçün heç vaxt bağlanmaz" - fotolar
2659 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Sinəm Kobal “Marie Claire” jurnalının 2015-ci il ilk sayı üçün fotosessiya etdirib.

Axşam.az-ın məlumatına görə, bu yaxınlarda aktyor İbrahim Çelikkoldan ayrılan aktrisa eşq həyatı ilə bağlı məsələlərə aydınlıq gətirib.

Sinəm “Hazırda sevgi həyatınızın hansı hissəsindədir” sualına belə münasibət bildirib:

“Mən həyatda hər bir şeyə sevgi və eşqlə bağlıyam. Dostlarıma, işimə, ailəmə, sevgilimə… Hər zaman hisslərimlə hərəkət edirəm. Oxuduğum kitaba da məhəbbətlə yanaşıram. Qəlbimdə Allah sevgisi var. Allaha açılan eşq qapısı mənim üçün heç vaxt bağlanmaz. Şəxsi həyatımla bağlı danışmağı isə sevmirəm. Bu, mənim seçimimdir”.