Aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşı, vəkil Zülfiyyə Bayramova onunla bağlı açıqlamalar verib.
Axşam.az-ın məlumatına görə, əməkdaşımızla söhbətində Z.Bayramova həyat yoldaşının ünvanına təriflər yağdırıb. “İlqar Mikayıloğlunun hansı xüsusiyyətini bəyənmirsiniz” sualına o, belə cavab verib:
“Mən onda hər şeyi sevirəm. İşini, ailəsini, vətənini sevən biridir. İlqar Vətən üçün qanını tökmüş bir insandır və çox gözəl dostdur. Sadəcə, onun yaxşı damarını tutmaq lazımdır. Bunu bacardınsa, ömür boyu səninlə dost olar. Əgər tuta bilməsən, o, səninlə qəddar bir düşmənə çevriləcək. Mənfisi budur. Amma bu xüsusiyyət hər bir insanda var. Əgər kimsə onun qarşısında at oynatmaq istəyirsə, o, həmin atın ayağını sındıra bilər”.
“Onun hansı xüsusiyyətini dəyişmək istərdiniz” sualına isə Z.Bayramova “Onda yalnız bir şeyi dəyişərdim: siqaret çəkməyi. Səhhətinə çox ziyandır. Bu günə qədər çox cəhd göstərmişəm ki, nəsə edim. Amma heç nə alınmayıb”, - deyə cavab verib.
Sərvər MEHTİYEV
Foto: Rəşad ABBASOV