Hollivudun meksikalı ulduzu Salma Hayek həyat yoldaşı Fransua Anri Pino, qızı Valentina və ərinin ilk nikahından olan uşaqları ilə birlikdə dincələrkən görüntülənib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük ailə üzvləri ilə birgə qayıqla dəniz səyahətinə çıxıb.
Qeyd edək ki, Salma Hayek müsahibələrinin birində qızı Valentina ilə vaxt keçirməyə daha çox üstünlük verdiyini deyib:
“Uşağı olmayan rəfiqələrim mənimlə heç nə haqda danışa bilmirlər. Çünki mən bütün gün qızımdan söz açıram. Boş vaxtımı onunla keçirirəm”.