Rejissor Nail Naiboğlunun 39 yaşı tamam olub.
Axşam.az-ın məlumatına görə, rejissor bu münasibətlə qonaqlıq təşkil edib. Təəssüratlarını bölüşən N.Naiboğlu bəzi dostlarının onun dəvətini qəbul etmədiyini deyib:
“Gecə ürəyimcə keçdi. Hədiyyədən çox, mənə pul verdilər. Bir çox tanınmışdan təbriklər aldım. Ad günüm çox şən keçdi. Ən yaxın dostlarım başıma yığışdı. Əslində ad günüm ayın 20-də idi. İstanbulda ailəmlə qeyd etdim. Bura gələndə də dostlarımla keçirmək istədim. Dəvət etdiyim bir neçə dostum gəlmədi. Onları dost siyahısından sildim”.