Bu günədək pilates döşəyi üstündə görməyə adət etdiyimiz aparıcı-model Ebru Şallı “Fitness Türkiyə” jurnalına fotosessiya üçün rinqə çıxıb.
Axşam.az “Posta”ya istinadən xəbər verir ki, E.Şallı dərgiyə müsahibəsində "Boks da insanı rahatlaşdırır. Amma pilatesin yeri başqadır; mənim həm psixoloqum, həm də dərmanımdır" deyib.
Ebru sevgilisi, müğənni Sinan Akçılla uşaqları Beren və Parsın münasibətlərinin qaydasında olduğunu da bildirib:
“Sinanla çox gözəl münasibətimiz var. Uşaqlarla da arası yaxşıdır. Sinanın onlara olan sevgisi və təbii davranışları övladlarıma da təsir edib”.