ABŞ-da 10 milyondan çox adamın izlədiyi “American Horror Story: Freak Show” ekranın bu günə qədər gördüyü ən çirkin, amma ən çox sevilən qəhrəmanını yaradıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, serialın qəribə görünüşlü qəhrəmanı Pepperə aktrisa Naomi Qrosman həyat verib. Mavi gözlü, tünd qumral saçlı, cazibədar qadın olan N.Qrosman, bu rol üçün inanılmayacaq qədər çirkinləşib. Ancaq o, bundan heç də şikayətçi deyil.
Naomi verdiyi müsahibədə "Televiziya tarixinin ən çirkin xarakterini canlandırmazdan əvvəl heç kim mənə bu qədər sevimli olduğumu söyləməmişdi" deyib.
Rol üçün saçlarını da kəsdirən Naomi peşman deyil:
"Keçəl olmağı sevirəm. Saçlarımı kəsdirəndə bura çox isti idi. Həm də bu görünüşümlə məni heç kim küçədə tanımır".
Qeyd edək ki, N.Qrossman 2015-ci ildə “The Chair” adlı bir film üçün də kamera qarşısına keçəcək.