"Onsuz qala bilmirəm" - Günay

"Onsuz qala bilmirəm" -  Günay
4228 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gündür Bakıda olan, Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva bu gün İstanbula qayıdır.

Axşam.az-ın məlumatına görə, model burada çox qala bilməməsinin səbəbinin oğlu olduğunu deyib:

“Bu gün Türkiyəyə qayıdıram. Cahangir İstanbuldadır, mən onsuz qala bilmirəm. Bu günə kimi oğlumu Bakıya gətirməmişəm. Çünki bura uzunmüddətli gələ bilmirəm. İşlə bağlı, ancaq iki-üç günlük gəlirəm. Amma Novruz bayramında oğlumu da gətirəcəm. Burada uzun müddət qalacaq”.

Günay çəkildiyi yeni “Kod adı: K.O.Z” filmindən də danışıb:

“Film çəkilişləri yaxşı gedir. Martda Bakıda filmin böyük qalasını keçirəcəyik. Aktyor və yaradıcı heyət bura gələcək”.

Foto: Rəşad ABBASOV