Əməkdar artist Türkiyədə - fotolar

Əməkdar artist Türkiyədə - fotolar
2925 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Elza Seyidcahan bu gün Türkiyədə konsert verəcək.

Bu haqda ifaçı Axşam.az-a özü bildirib. O, konsertin Bəylikdüzü Mədəniyyət Mərkəzində baş tutacağını deyib:

“Bununla bağlı Türkiyədəyəm. İstanbul Avropa İnstitutunun və İstanbul Bəylikdüzü Bələdiyyəsinin təşkilatçılığı ilə burada Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd olunacaq. Gecədə konsert proqramı ilə çıxış edəcəm. Konsertdə rəsmi qonaqlar, millət vəkilləri yer alacaqlar”.