Aktyor Teylor Kinni Sevgililər günündə pop ulduz Ledi Qaqaya evlilik təklifi edib. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sevgilisinin ona bağışladığı üzüyün fotosunu paylaşan Qaqa “Vaxtı gəlib çatdı” yazıb:
“O, mənə öz ürəyini verdi, mən də “hə” dedim”.
Qeyd edək ki, Ledi Qaqa və Teylor Kinni 2011-ci ildə “You and I” (“Sən və mən”) klipinin çəkilişləri zamanı tanış olublar. İfaçı bundan əvvəlki müsahibələrinin birində ailə qurmağa hazır olduğunu və ən az 3 uşaq istədiyini demişdi.