"Survivor All Star" yarışmasının iştirakçıları Dominik Respublikasına yollanıblar.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, 2012-ci ildə qatıldığı "Survivor Məşhurlar-Könüllülər"lə tanınan Anıl Tetiyi aktrisa sevgilisi Gizəm Karaca yola salıb. Bu zaman paparassilərin fotokameralarına tuş gələn G.Karaca təşvişə düşüb.
Sevgilisini qucaqlayaraq vidalaşan Gizəm tələsik hava limanını tərk edib. Anıl isə müxbirlərə "Xahiş edirəm, çəkməyin, məni görmək üçün gəlib" deyib.