"Burada xanıma sevgidən bəhs olunur" - Emin

"Burada xanıma sevgidən bəhs olunur" -  Emin
2756 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni-bəstəkar Emin Rusiyanın “Woman.ru” saytına müsahibə verib.

Axşam.az-ın məlumatına görə, bu yaxınlarda işıq üzü görən diskdə yer alan “Woman” mahnısından danışan ifaçı klipindən də söz açıb:

"Bu mahnı mənə hazır versiyada verilmişdi. Məlum oldu ki, onun üzərində beynəlxalq musiqiçilər çalışıblar, eyni zamanda başqa müğənni üçün hazırlanıb. “Woman”i Çarli Uilyamla birlikdə oxuduq və klip çəkdirdik. Mahnıda da, klipdə də xanıma sevgidən bəhs olunur. Burada sırf sevdiyin qadından söz getmir: bu, anaya, bacıya, qız övladına olan sevgidir. Rejissorla klipi müzakirə edərkən ilk ağlımıza gələn tanınmış bir modeli və ya aktrisanı dəvət etmək oldu. Hətta Monika Belluççinin çalışdığı agentliklə danışdıq. Eyni zamanda “Kainat gözəli”ni düşündük. Sonra qərara gəldik ki, bunlar hamısı təkrarçılıq olacaq. 8 adi qız dəvət etdik. Onların hər biri özünə görə gözəldir. Oxuyarkən sevdiyim qadını xəyalıma gətirirəm. Məhz bu zaman səsdəki möcüzə özünü büruzə verir".