Müğənni Elvin Abdullayev “Sevmək yaraşmadı” adlı mahnısına klip çəkdirib.
Axşam.az-a açıqlama verən sənətçi ekran işini rejissor həyat yoldaşı Afət Abdullayevaya həvalə etdiyini söyləyib:
“Çəkilişlər üç gün davam etdi. Klip Azərbaycandan kənarda lentə alınıb. Tamaşaçı marağına səbəb olacaq bir ekran işidir. Hazırda montaj işləri gedir. Yaxın günlərdə təqdim edəcəm. Mahnı dinləyicilər tərəfində bəyənilib. Bəstənin musiqisi özümə, sözləri Zeynəbə məxsusdur”.