Günel ayrıldığı nişanlısı ilə yenidən birlikdə - fotolar

Günel ayrıldığı nişanlısı ilə yenidən birlikdə -  fotolar
6608 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yaşayan azərbaycanlı müğənni Azəri Günel Zeynalova nişanlısı ilə fotolarını paylaşıb.

Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl ayrıldıqlarını açıqlayan sənətçi İnanc Başəyməzlə qartopu oynayıb.

G.Zeynalova fotolarla bağlı təəssüratlarını yazıb:

“Qartopu uşaqlıq, saflıq, təmizlikdir. Yaşımızın 30-40-50 olmasının fərqi yoxdur, hər birimizin içində uşaqlıq var. Qar yağsın, hər tərəf və pisliklər ağla örtülsün. Necə qartopu oynadıq, sellofanla da sürüşdük... İnancla qartopu eşqi bir başqadır, bəyaz sevgi” .

Qeyd edək ki, sənətçinin nişanlısı İnanc Başəyməz iş adamıdır. O, Türkiyədə orta məktəbdə Günellə bir yerdə oxuyub. Cütlük 2011-ci ilin iyununda nişanlanıb. Ötən ilin noyabrında isə G.Zeynalova ayrıldıqlarını bildirmişdi.