Nadirin İstanbul gəzintisi - fotolar

Nadirin İstanbul gəzintisi -  fotolar
2132 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nadir Qafarzadə Türkiyədə yeni layihə həyata keçirəcək.

Axşam.az-a açıqlama verən ifaçı bununla bağlı İstanbula yollandığını deyib:

“Səfərimin əsas məqsədi yaradıcılıq işlərimlə bağlıdır. Bir çox mahnımı Türkiyədə lentə aldırıram. Burada olan texnika ürəyimcədir. Yeni bir layihə üzərində çalışıram. Tam olaraq nə olduğunu açıqlamaq istəmirəm. Çünki ideyamı oğurlaya bilərlər. Şou aləminin qalmaqallarından kənar gəzməyə çalışıram. Buna baxmayaraq, adımı “qalmaqallı müğənni” qoyublar. Düz sözü deyən ifaçılardanam. Mənə qarşı çaşanların qapazını sözümlə vururam. Belə bir deyim var: “Bıçaq yarası keçər, amma söz yarası əsla”. Mən bu fikirlə razıyam”.