"Survivor All Star"da "birləşmə partisi" baş tutub.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, həftə boyu müxtəlif sürprizlərlə qarşılaşan iştirakçıların qonağı müğənni Hadisə olub. O, sevilən mahnılarını səhnədə yarışmaçılarla bir yerdə oxuyub.
Eyni zamanda günün ən böyük hadisəsi adada "Yok böyle dans" formatı olub. Dominikanlı rəqqaslarla oynayan iştirakçılar həm yarışıb, həm də maraqlı anlar yaşayıblar. Onların performanslarını aparıcılar Acun İlicalı, Alp Kırşan və ifaçı Hadisə qiymətləndirib.
Nəticələrə görə, rəqsinə görə münsiflərdən ən çox xalı Hilmicem alıb. İkinci isə Berna olub.