Sirri açılan Simadan bakılılar haqqında gözlənilməz açıqlama

Sirri açılan Simadan bakılılar haqqında gözlənilməz açıqlama
15220 dəfə oxunub
  • A-
  • A
  • A+
“İşte benim stilim” yarışmasının azərbaycanlı iştirakçısı Sima Şərəfətddinovanın sirri üzə çıxıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, verilişin sonuncu buraxılışında onun əsl adı açıqlanıb. İştirakçılardan birinin təkidi ilə Sima adını dəyişdirdiyini etiraf edib:

“Əsl adım Simuzərdir. Hamı deyirdi ki, bu ad sənə yaraşmır, köhnədir. Çoxları buna görə mənə lağ edirdi. Heç kimdə olmayan addır. Anam qoymuşdu. “Simuzər”in mənası “nadir tapılan qızıl” deməkdir. Bütün məktəbin lağ hədəfinə çevrildiyimdən əsl adımı istifadə etmirəm”.

Sima Bakı və bakılılar haqqında da gözlənilməz açıqlamalar verib:

“Azərbaycan bölgələrə bölünür. Bakılıların inandıqları bir şey var. Onlar insana iki ad qoyurlar: biri şəxsiyyət vəsiqəsindəki, digəri gündəlik çağrılan ad. Bunu caduya inandıqları üçün belə edirlər. Çünki deyirlər ki, cadu ediləndə əsl olana yox, hamının bildiyi ada edilsin. Mənim ata nənəm də bakılıdır. Ona görə, mənim iki adım var”.