Bəyazı təəccübləndirən istək - video
“Kanal D”də yayımlanan “Beyaz Show” bu dəfə də maraqlı anlarla yadda qalıb.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, aparıcı Bəyazid Öztürkü efirə Almaniyadan zəng edən tamaşaçının istəyi təəccübləndirib. Belə ki, bir nəfər qadın Bəyazdan studiyada qonaqların əyləşdiyi divanı istəyib.
Gözlənilməz bu istək qarşısında B.Öztürk həmişəki kimi zarafatından qalmayıb.