“NBA” qrupunun üzvü Nik Yanq avstraliyalı reper İqqi Azaliyaya evlilik təklifi edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Nik təklifi ad günü mərasimində hər kəsin gözü önündə irəli sürüb. Romantik melodramın sədaları altında diz çökən N.Yanq 24 yaşlı müğənniyə yarım milyon dollarlıq üzük uzadaraq “Mənimlə evlənərsən?” deyə soruşub.
İqqinin müsbət cavab verdiyi həmin xoş anların videosu sosial şəbəkədə yayılıb.