Jurnalist ölüdən müsahibə almaq istədi – video

Jurnalist ölüdən müsahibə almaq istədi – video
1875 dəfə oxunub
  • A-
  • A
  • A+
Braziliyanın Arakaju əyalətindən reportaj hazırlayan müxbir ölkə gündəminə çevrilib.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, 3 nəfər cinayətkarın ələ keçirildiyi əməliyyat zamanı qanlı hadisə baş verib. Belə ki, şübhəlilərdən ikisi yaralansa da, biri dünyasını dəyişib. Əvvəlcə polisdən, daha sonra cinayətkarların birindən müsahibə götürən jurnalist yerdəki cəsədə də yaxınlaşıb.

Müxbirin hərəkətləri ətrafdakıları təəccübləndirsə də, o, ölü adama sual ünvanlayıb. Cavab ala bilmədiyini görən reportyor ayağa qalxaraq “Az qala, ölən birindən müsahibə alacaqdım” deyib.