Sovet kino ulduzları Zemfiranın mahnısını “oxudular" – video
Klip
17:54 / 03.06.15
1674dəfə oxunub
A-
A
A+
Sovet aktyorları və aktrisaları müğənni Zemfiranın “İstəyirsən” mahnısını oxuyublar.
Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan video böyük maraqla qarşılanıb. Video-çarxın özəlliyi ondadır ki, sovet filmlərindən məşhur kadrların toplandığı görüntülərdə sənətçinin mahnısının sözləri kollaj edilib. Mixayıl Perqudov adlı montajçının bu işi düz iki ilə başa gəlib. O, bəzi sözləri filmlərin yadında qalan kadrlarından, bəzilərini isə dostlarının köməyi ilə tapdığını bildirib:
“Ən çox çətinliyim “Alp” sözündə oldu. Baxmayaraq ki, “Alp aşırımı” adlı film var, ancaq orada belə bu ifadə işlədilmir.Klipin əvvəlindəki “Ölmə” sözünü isə mənə dostum tapıb”.