Britaniyalı müğənni Rita Ora “Poison” (“Zəhər”) mahnısına çəkdirdiyi klipini təqdim edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ötən il hitləri ilə Britaniya hit-paradları siyahısında birinci olan ifaçı çəkilişlər üçün London küçələrindən birini nəqliyyata bağlatdırmışdı. Rita uzun müddət fasilə verdiyi yaradıcılığına “Poison” mahnısı ilə qayıtdığını və bunun uğurlu alınacağına inandığını deyib:
“Mənim üçün düzgün seçilmiş mahnı ilə qayıtmaq çox vacib idi. Düşünürəm ki, bu klip partlayış effekti yaradacaq”.