Şoumen Bəyazid Öztürkün “Beyaz Show”nun mövsüm finalı üçün hazırladığı vida klipi tamaşaçıları çox əyləndirib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şoumen bu dəfə də müğənni Candan Ərçətinə sürpriz hazırlayıb. Eyhamlı və qızışdırıcı sözlərdən ibarət mahnı oxuyan Bəyazın Candanı yenidən hirsləndirəcəyi, qalmaqalın daha da böyüyəcəyi görünür.